Norveçdə 200 milyard Norveç kronu (19 milyard ABŞ dollarından çox) investisiya dəyəri olan 19 yeni neft-qaz layihəsi təsdiq edilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da qərbi Avropanın ən böyük neft və qaz ixracatçısı olan krallıq gələcəkdə enerji hasilatını davam etdirmək niyyətində olduğunu nümayiş etdirib.
Daha əvvəl Norveç, ölkənin yeni iqtisadi imkanlar yaradaraq, neft-qaz sənayesindən asılılığı azaltmaq strategiyasına uyğun olaraq, ölkənin kontinental şelfinin bir hissəsini kommersiya dərin dəniz mədənçıxarma fəaliyyəti üçün açmaq qərarına gəlib.
Skandinaviya krallığı uzun müddətdir ki, öz iqtisadiyyatını şaxələndirmək yollarını axtarır, lakin yeni qərar enerji komponentinin gələcəkdə oynayacağı mühüm rolu yenidən nümayiş etdirir. Bununla belə, enerji məhsullarının ixracına baxmayaraq, Norveç 2030-cu ildə atmosferə tullantıları sıfıra endirən ilk ölkə olmaq kimi iddialı planlarına inamla yaxınlaşır.