Fransa ÇALXALANIR: Makron bu bəhanə ilə ölkəni TƏRK ETDİ

Fransa ÇALXALANIR: Makron bu bəhanə ilə ölkəni TƏRK ETDİ backend

İyunun 29-da Fransada bir anda bir neçə şəhərdə, ən kütləvi olacağı vəd edilən yeni etirazlar başlayıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Fransadakı hazırkı vəziyyətin təfərrüatlarını jurnalist Anastasiya Rikeza açıqlayıb.

O qeyd edib ki, etirazçılar qarşılarına çıxan hər şeyi məhv edərkən, ölkə lideri həmvətənlərini sakitləşməyə və meditasiya etməyə çağırıb.

Son məlumata görə, Emanuel Makron Brüsseldə keçiriləcək zirvə toplantısına qatılmaq adı ilə ölkəni tərk edib.

"Fransanın paytaxtından 40 dəqiqəlik məsafədə yerləşən kiçik şəhərətrafı qəsəbədə ikinci gündür ki, iğtişaşlar davam edir. Mitinq yeni başlayıb, amma artıq bura minlərlə insan toplaşıb. Onlar dinc yürüş vəd etdilər, lakin kütlə kifayət qədər aqressivdi. Polis artıq yeni qırğınlara hazırlaşır. İndi mərkəzi küçələrin hər yerində şüşə qırıqları, yanmış avtomobillər var", - Rikeza bildirib.

Gecə saatlarında nümayişçilər sözün əsl mənasında küçələri doldurublar. Beləliklə, ölkənin 15 şəhəri bir anda alovlanıb.

Xatırladaq ki, iğtişaşlar 17 yaşlı yeniyetmənin faciəli ölümündən sonra başlayıb. Qaradərili oğlanın ölümü yerli sakinlər tərəfindən irqi düşmənçiliyə əsaslanan qətl kimi qəbul edilib. Elə o vaxt etirazlar başlayıb.

Polis dərhal məmurun qanun çərçivəsində hərəkət etdiyini bildirib, lakin prokuror yenə də atəş açan zabitin həbs olunmasını və bütün detalların yoxlanılmasını tələb edir.

"Məhkəmə hesab edir ki, silahdan istifadə üçün qanuni şərtlər yerinə yetirilməyib. Polis onun tərəfindən silahdan istifadə edilməsi ilə bağlı dindirilir. Qəsdən adam öldürmə işi üzrə istintaq açılıb", - Nanterin prokuroru Paskal Praçet bildirib.

 

 

Diaspora