Hazırda Meksikanın cənubundakı Çiapas ştatının təhlükəsizlik qüvvələri silahlı qruplaşma üzvləri tərəfindən qaçırılan ştatın Təhlükəsizlik Nazirliyinin 14 inzibati əməkdaşını axtarır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 29-da ştatın paytaxtı Tuxtla Qutierrezdən təxminən 34,4 km qərbdə, magistral yolda baş verib.
"Heç vaxt belə bir şey yaşanmamışdı", - deyə nazirliyin sözçüsü mətbuata açıqlamasında bildirib və əlavə edib ki, adam oğurluğunun motivi araşdırılır.