Sankt-Peterburqda təqaüdçü bankın filialında yanğın törətməyə cəhd edib.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, qadın iki şüşə benzinlə filiala gəlib və divara yanacaq tökərək “Ukraynaya eşq” qışqıraraq yandırıb. Xoşbəxtlikdən yanğın öz-özünə sönüb. Ölən və yaralananlar barədə məlumat verilmir. Binadan 20 nəfər təxliyə edilib.
Məlum olub ki, 66 yaşlı həmin şəxsə belə bir əməli fırıldaqçılar məsləhət görüblər. O bildirib ki, iyunun əvvəlində ona şübhəli zənglər gəlməyə başlayıb. Əvvəlcə ondan pulunu müəyyən bir “təhlükəsiz hesaba” köçürməsi tələb olunub, sonra isə Ukraynaya pul göndərdiyinə görə cinayət işi ilə qorxudublar.