Burkina-Fasoda prezidenti vəzifəsinə qaytardılar

Burkina-Fasoda prezidenti vəzifəsinə qaytardılar backend

Sentyabrın 17-də vəzifəsindən kənarlaşdırılan Burkina-Fasonun prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando vəzifəsinə qaytarılıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə M.Kafando özünün “Twitter” səhifəsində yazıb.

“Mən hərəkətlərimdə azadam və vəzifəmin icrasına davam etməyə qayıdıram”, M.Kafando qeyd edib.

Bundan əvvəl Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafando Fransa səfirliyində sığınacaq tapmışdı.

Xatırladaq ki, sentyabrın 17-də bir qrup hərbçi Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən Mişel Kafandonun vəzifəsindən kənarlaşdırıldığını və müvəqqəti hökumətin buraxıldığını bəyan etmişdilər. Burkina-Fasonun keçid parlamentinin sədri Şərif Say ölkədə dövlət çevrilişinin baş verdiyini və xalqı qiyamçılara qarşı çıxış etməyə çağırmışdı. Son günlər ölkədə baş verən iğtişaşlarda azı 10 nəfər ölmüş, 100-dən çoxu yaralanmışdı. Ötən ilin noyabrında Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəlmişdilər.
Diaspora