İsveç polisi Qurban bayramının ilk günü Stokholmda “Quran”ın yandırılmasına icazə verib.
Lent.az bildirir ki, bu barədə Agence France Presse (AFP) xəbər verir.
İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində “Quran”ın yandırılması ilə etiraz aksiyasına icazə verib.
Agentliyin məlumatına görə, İsveç hüquq-mühafizə orqanları müsəlmanların üç günlük bayramının əvvəlində aksiyanın təşkilatçısına "Quran"ı yandırmağa icazə verib.