Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Airbus” ilk dəfə olaraq Çin istehsalı olan təyyarəni avropalı müştəriyə satıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Satılan A321 neotəyyarəsi Çinin şimalındakı Tianjin şəhərinin mərkəzindəki zavodda yığılıb. Alıcı Mərkəzi və Şərqi Avropanın ən böyük aşağı büdcəli aviadaşıyıcılarından biri olan Macarıstanın “Wizz Air” şirkəti olub.
Tianjindəki Airbus Çatdırılma Mərkəzinin məlumatına görə, bu sövdələşmə təyyarə istehsalçısı üçün əsas mərhələdir. Gələcəkdə şirkətin Çində yığılmış təyyarələrinin alınması üçün sifarişlərin sayının artacağı gözlənilir.
A321neo Airbus A320 ailəsinin ən böyük təyyarəsidir. O, 244 sərnişini qəbul edə bilir