Çinin Sıçuan vilayətində baş verən torpaq sürüşməsi və palçıq axını nəticəsində azı 7 nəfər itkin düşüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə şiddətli yağışların müşahidə olunduğu Vençuan rayonunda səhər tezdən baş verib. Təbii fəlakətlə əlaqədar 900 nəfər təxliyə edilib.
Hazırda itkin düşənlərin axtarışları davam edir. Əraziyə xeyli sayda texnika və canlı qüvvə, o cümlədən mülki müdafiə qüvvələri, polislər, yanğınsöndürənlər cəlb olunub.