Belarusun Dövlət Təhlükəsizlik Komitəsinə (DTX) respublikada hökumətin devrilməsinə hazırlıq barədə məlumat daxil olub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə DTK-nın istintaq idarəsinin rəis müavini Konstantin Biçek məlumat verib.
“İnsanları dövlət çevrilişinə hazırlayan xüsusi xidmət orqanları əməkdaşlarının kimliyi Dövlət Təhlükəsizlik Komitəsinə məlum olub. Biz xeyriyyəçilik bəhanəsi ilə terror fəaliyyətini maliyyələşdirən fondlardan xəbərdarıq”, – Bıçek “Belarus-1” telekanalının efirində bildirib.
Rəsminin sözlərinə görə, yaraqlılar Polşa, Ukrayna və Baltikyanı ölkələrdə təlim keçiblər. Onlardan Belarus DTK-nın əməkdaşının vurğuladığı kimi, respublikada hakimiyyətin zorakılıqla ələ keçirilməsi üçün istifadə edilməsi planlaşdırılır.
O qeyd edib ki, DTK belə terror təzahürlərini qeydə alır və istənilən çağırışa hazırdır.
Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə DTK müvafiq tədbirlər görür