Türkiyənin suriyalı qaçqınlara yardım göstərmək imkanları məhduddur. Bunu Trend-ə Türkiyənin sabiq Avropa İttifaqı işləri naziri Egemen Bağış deyib. Onun sözlərinə görə, hazırda suriyalı qaçqınların əksəriyyəti Türkiyə və İordaniya vasitəsilə Avropaya can atır: "Avropa polisi və hüquq-mühafizə orqanlarının qaçqınlara qarşı münasibəti Türkiyədə qaçqınlara göstərilən münasibətlə müqayisə edilə bilməz.
E.Bağış ümid etdiyini bildirib ki, beynəlxalq qüvvələr, ilk növbədə, Suriyada sabitliyi təmin etmək üçün mümkün olan hər şeyi edəcək: "Aİ-nin Suriya qaçqınları üzrə qərarı ondan xəbər verir ki, hətta qaçqınları qəbul etmək istəməyən təşkilat üzvləri onları qəbul etməyə məcbur olacaqlar. Lakin bu rəqəmlər Türkiyə və İordaniyadakı suriyalı qaçqınların sayı ilə müqayisə edilə bilməz".