Suriyanın hərbi aviasiyası İŞİD terror qruplaşmasının Homs əyalətindəki mövqelərinə hava zərbələri endirib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçuların Sadad şəhəri yaxınlığındakı mövqeləri hücuma məruz qalıb.
Sadad qruplaşmanın avqustun 4-də ələ keçirdiyi Əl-Kəryateyn şəhəri yaxınlığında yerləşir. Suriya Hərbi-Hava Qüvvələri həmçinin terrorçuların Sühnə və Palmiradakı mövqelərinə də hava zərbələri endirib. Ümumilikdə hücum nəticəsində 50 terrorçunun məhv edildiyi bildirilir.“Əl-Mayadin” telekanalının məlumatına görə, Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.