Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, o, telefonda Pentaqonun rəhbəri Lloyd Ostin ilə Kiyevin əks-hücum əməliyyatı və Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialının gücləndirilməsi məsələlərini müzakirə edib. Reznikov bu barədə tviter hesabında yazıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın müdafiə naziri Pentaqonun rəhbəri ilə Rusiyadakı hadisələri də müzakirə edib.