Netanyahu dəbdəbəli hədiyyələr almaqda ittiham olunur

Netanyahu dəbdəbəli hədiyyələr almaqda ittiham olunur backend

21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru Avichai Mandelblit İsrailin baş naziri Benyamin Netanyahunun üç ayrı korrupsiya işində rüşvətxorluq, dövlətə xəyanət və şəxsi məqsədlər üçün vəzifədən sui-istifadə etmə ittihamları ilə mühakimə olunmasını tələb edib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, vəzifədə olarkən mühakimə olunan ilk İsrail baş naziri kimi tarixə düşən Netanyahunun məhkəməsi 24 may 2020-ci ildə Qərbi Qüdsdəki Dairə Məhkəməsində keçirilib.

Korrupsiya istintaqı çərçivəsində Netanyahunun “Bezeq” telekommunikasiya şirkətinə məxsus “Walla News” adlı internet saytına ailəsinin lehinə xəbər qarşılığında 276 milyon dollarlıq maliyyə güzəşti vermək ittihamı irəli sürülüb.

Rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə çərçivəsində işlənən faylda israilli Hollivud kinorejissoru Arnon Milchan və avstraliyalı milyarder Ceyms Pakerdən 283 min dollar dəyərində hədiyyə adı altında şampan, siqar, zinət əşyaları və təyyarə biletlərinin alındığı iddia edilir.

QAZİLER.AZ

Diaspora