ABŞ 1955-75-ci illərdə döyüşüb uduzduqdan sonra 1994-cü ildən münasibətlərini yaxşılaşdırdığı “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Vyetnama göndərməklə Çinə qarşı hərəkətlərinə əlavə edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ABŞ-ın "USS Ronald Reagan" təyyarədaşıyan gəmisi Vyetnamın Çin gəmilərinin öz sularında üzməsinə etiraz etməsindən həftələr sonra Dananq limanında yer alıb. “USS Ronald Reagan” ABŞ və Vyetnam hərtərəfli tərəfdaşlıqlarının 10-cu ildönümünü qeyd edərkən, ayın sonuna qədər Vyetnamda qalacaq.
Avstraliyanın dəniz təhlükəsizliyi üzrə hərbi eksperti Nguyen The Phuong vəziyyəti belə şərh edib: “Səfər Vyetnamın ABŞ və digər kənar güclərlə təhlükəsizlik əlaqələrini yaxşılaşdırmaqla Çinə qarşı balansı saxlamağa davam etdiyi mesajını verir”.
QAZİLER.AZ