Şərəfsiz PKK-a başçısının acı etirafı - “Yox olub gedirik“

Şərəfsiz PKK-a başçısının acı etirafı - “Yox olub gedirik“ backend

QAZİLER.AZ saytı ATV.AZ-a istinadən xəbər verir ki, PKK-nin əsas liderlərindən olan Murat Karayılanın uzun illər yaxın adamlarından biri sonu olmayan bu müharibədən vaz keçərək dövlət qurumlarına təslim oldu.

Bölücü təşkilat haqqında kritik açıqlamalar verən şəxs Murat Karayılanın dediyi sözləri və PKK-nın son durumunu açıqladı.

Həmin şəxsin dediyi bəzi məqamlara baxaq:

TC ordusu hava zərbələri ilə heç kimin gözləmədiyi effekt alıb.

Bunu söyləməkdən onların hamısı “utanır”.

PKK-ya nə vermədilər ki...silah, qoşun, yer-yurd. Amma nəticə..?

Belə davam etsə, yox olacağıq

Karayılan son günlər keçirdiyi toplantıda sual verib: “PKK həddidən çox silah işlədib. İdarə etdiyiniz axmaq döyüşçülər nə edir? Bu pis zamanda ləbləbi kimi mərmi atırsınız.

Cəbbəxana yox, silah istehsal etmirik. TC-yə silah keçirə bilmirik. Bu gedişlə içəridəkilər də (Türkiyədəkilər nəzərdə tutulur-red) tükənəcək”.

Türkiyə ilə son müharibənin gedişində təşkilata qatılan üzvlərdən çoxusu ya ölüb, ya da qaçıb.

Adamları əlində tuta bilmədiyini deyən terrorçuların lideri onlara sonuncu dəfə xəbərdarlıq edib.

“ Qış dönəmində hər kəs özünü müdafiə edəcək. Heç kimin gözünün yaşına baxmaram, son iki ayda verdiyimiz itkilərə görə onların ailələri də bizə qarşı çıxır. Çoxusu övladını dağda zənn edir, amma torpaq altındadırlar. Hara gömdüklərimizi belə unutmuşuq. Hər kəs özünə gəlməlidir. Bölgədə 6-7 nəfərdən ibarət qrup yaradılmalıdır. Hər kəs öz səhvinə görə təşkilatı günahlandırır. Bu gedişlə Türkiyə bizi məhv edəcək”-deyə o davam edir.

Mülki müqavimət yolu

Tutulan şəxs PKK-nın bundan sonra üsul dəyişdirəcəyini də bildirib.

“Sivil müqavimət ünsürləri yardacağıq. Tükiyədə heç bir təşkilat olmayacaq. Hər kəs sivil müqavimətçidir.

İndilik buna mülki müqavimət deyək. Amma bunun harası sivildir, deyə bilmərəm, zatən çoxusunu itirdik”.

Karayılan iclasda PKK-nın xalqla ayrı düşdüyünü də xüsusilə vurğulayıb.

“Biz əzin dedik, qorxudun dedik. Bunlar xalqa raket atdılar, ambulansları yandırıb, körpənu soyuducuda öldürülər. 20 il əvvəlki zaman deyil, “Türkiyə elədi” deməyinizə kim inanacaq?

YDG-H-nin Türkiyə ilə savaşda məğlub olmasını PKK-nın adına çıxılmasından əndişələnən terrorçu “PKK adını istifadə etməyə qoymaram”- deyə bildirib.

Sonda “Dərsim bölgəsində çökdük, türk ordusu çıldırdı. Ordu, polis, jandarma hamısı qucaq-qucaq olub üstümüzə gəlir, əfv etmir, vururlar” sözləri ilə yekunlaşdırıb.

Xatırladaq ki. Türkiyə son antiterror əməliyyatlarında PKK və onun törəmə təşkilatlarına ağır zərbələr vuraraq, oyundan çıxarmağa çox yaxınlaşıb.
Diaspora