Amerika kəşfiyyatının Priqojinin planlarından xəbəri olub? "Washington Post"

Amerika kəşfiyyatının Priqojinin planlarından xəbəri olub?  "Washington Post" backend

ABŞ-ın nüfuzlu şəxsləri ilə danışıqlara istinadən The Washington Post qəzeti iyunun ortalarında Amerika kəşfiyyatı Yevgeni Priqojinin üsyana hazırlaşdığını bildiyini yazır. Kəşfiyyatın məlumatına görə, Vladimir Putin də təhlükə barədə əvvəlcədən məlumatlandırılıbmış.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Washington Post" xatırladır ki, Priqojinlə Rusiya ordusunun komandanlığı arasında gərginlik uzun müddətdir ki, davam edir.

Nəşr xatırladır ki, Baxmut uğrunda gedən döyüşlər boyu Priqojin Rusiya Müdafiə Nazirliyinin onu texnika və sursatla təmin etməməsindən qəzəblə gileyləndi və qüvvələrini tamamilə geri çəkəcəyi ilə hədələmişdi.

“The Washington Post”un yazdığına görə, ABŞ administrasiyasında belə bir fikir var ki, Putinin hərəkətsizliyi Rusiya hökumətində qeyri-sabitlik və fraksiyadaxili rəqabətdən xəbər verir. Priqojinin Moskvaya yürüşündə ordunun göstərdiyi zəif müqavimət, Qərb kəşfiyyat mənbələrinin fikrincə, onun nizami ordu hərbçiləri və Rusiya xüsusi xidmət orqanları tərəfindən müəyyən dəstək aldığını göstərir.

QAZİLER.AZ

Diaspora