Fransadan gələn PKK terrorçusu təslim olub

Fransadan gələn PKK terrorçusu təslim olub backend

Şimali İraqdakı terror düşərgəsindən qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan terrorçulardan birinin Fransada yaşayarkən terror təşkilatına qoşulduğu, daha sonra bölgəyə göndərildiyi müəyyən edilib.

Qaziler.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan 4 PKK terrorçusunun Habur və Silopi sərhəd məntəqələrinə təslim olduğunu açıqlayıb.

Nazirlikdəki mənbələrdən alınan məlumata görə, terrorçulardan birinin ötən il Fransada yaşayarkən terror təşkilatına qoşulduğu və İraqın şimalındakı terror düşərgələrinə göndərildiyi müəyyən edilib.

"Münzur B." kod adlı terrorçu ilk ifadəsində Şimali İraqa gəlməmişdən əvvəl bir müddət Yunanıstanda düşərgədə qaldığını və ilk məlumatın ona orada verildiyini bildirib.

Qeyd edək ki, ötən həftə İraqın şimalında zərərsizləşdirilən PKK-lılardan birinin Almaniya vətəndaşı terrorçu olduğu, digərinin isə terror təşkilatına Fransadan qatıldığı üzə çıxıb.

QAZİLER.AZ

Diaspora