Almaniya Ukraynaya daha onlarla Gepard zenit silahı təhvil verməyi planlaşdırır. Söhbət 45 zenit silahından gedir.
Qaziler.az bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi yanında Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq Welt-ə müsahibəsində bildirib.
Nəşr qeyd edir ki, Almaniya artıq səmanı qorumaq üçün Ukraynaya 34 "Gepard" zenit silahı verib. Yaxın vaxtlarda daha 15 qurğu veriləcək.
“Bundan başqa, biz ilin sonuna qədər ABŞ-la əməkdaşlıq çərçivəsində daha 30 "Gepard" qurğusunu təhvil vermək istəyirik”, - deyə general bildirib.
Freydinqin fikrincə, hava hücumundan müdafiə Ukrayna qoşunlarının əks-hücumunda zəif nöqtədir. O vurğulayıb ki, Almaniya və tərəfdaşlar raketdən müdafiəni gücləndirmək üçün hər şeyi edirlər.
QAZİLER.AZ