“Vaqner” hərbçiləri Rostov-Dondan çəkilməyə hazırlaşır.
Məlumata görə, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında üsyançıların tankları toplanır, sursatlar yüklənir.
Hərbi qiyamın dayandırılması elan edildikdən sonra Rostov küçələrində vəziyyət kəskin şəkildə dəyişib.
Bildirilir ki, yerli sakinlər döyüşçülərlə “yadigar olaraq” selfi çəkirlər.