Yaponiyalı zəlzələ mütəxəssisi Morivaki İstanbulla bağlı xəbərdarlıq edib
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Balıkəsirdə danışan yapon zəlzələ mütəxəssisi, Baş İnşaat Mühəndisi Yoshinori Moriwaki gözlənilən İstanbul zəlzələsi ilə bağlı diqqətçəkən xəbərdarlıqlar etdi.
Yapon zəlzələ eksperti, inşaat mühəndisi Yoshinori Morivaki, "Şəhər transformasiyasını həyata keçirərkən, yumşaq yerdən başlamaq lazımdır. Torpaq sərtdirsə, bina pis olsa belə, problem deyil" deyib.
Balıkəsirdə Burhaniye rayonunda fəaliyyət göstərən bir beton firması tərəfindən təşkil edilən "Zəlzələ gerçəyi: Türkiyə ilə Yaponiya arasındakı fərqlər" adlı simpoziumdan sonra Morivaki mətbuat mənsublarına fikirlərini bildirib.
Türkiyənin mümkün zəlzələlərdən ən az zərərlə sovuşdurulması üçün hər kəsin ortaq hərəkət etməli olduğunu və mövcud binaların şəhər transformasiyası ilə gücləndirilməsi lazım olduğunu ifadə edən Morivaki, “Şəhər transformasiyası işləri aparılarkən yumşaq bir zəmindən başlamaq lazımdır. Torpaq sərtdirsə, bina pis olsa belə, problem deyil”, - ifadəsini işlətdi.
Yapon mütəxəssis xatırladıb ki, İstanbul Şimali Anadolu Fay Xəttinin bir qolundadır.
Yoshinori Morivaki simpoziumdakı çıxışında ötən ilin dekabrında Kahramanmaraşda qatıldığı bir proqramda Şərqi Anadolu Fay Xəttinin qırılmağa başladığını və bunun bu əyalətə də təsir edə biləcəyini söylədiyini xatırlatdı.
Türkiyədə fay xətlərinin şərqdən qərbə doğru hərəkət etdiyini bildirən Moriwaki, buna baxdığımızda Mərmərə bölgəsinin risk altında olduğunu sözlərinə əlavə etdi. AA
QAZİLER.AZ