Latviya Rusiya ilə sərhədini bağladı

Latviya Rusiya ilə sərhədini bağladı backend

Keçən il Ukraynada müharibə başlayanda rusiyadan gələnlərin axınının şahidi olan Latviya Vaqner böhranının yaşandığı Rusiya ilə sərhədini bağlayıb.

Rusiya ordusu ilə muzdlu “Vaqner” qruplaşması arasında yaranan böhrandan sonra qonşu ölkələr təhlükəsizlik tədbirlərini artırıb.

Xüsusilə Estoniya və Latviyada təhlükəsizlik tədbirləri artırılıb və Rusiyaya “səyahət etməyin” xəbərdarlığı edilib.

Polşa, Fransa və Böyük Britaniya hadisələri yaxından izləyir.


Digər bəyanatla isə Latviya Xarici İşlər Nazirliyi çıxış edib.

Latviya Rusiya ilə sərhədlərini bağlayıb.


Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs sosial media hesabında Rusiyanı tərk edən vətəndaşları qəbul etməyəcəyini açıqlayıb.

“Latviya Rusiyadakı vəziyyəti diqqətlə izləyir və müttəfiqləri ilə məlumat mübadiləsi aparır. Sərhəd təhlükəsizliyimiz gücləndirilib, Rusiyadakı mövcud vəziyyətlə əlaqədar ölkədən gedən vətəndaşlara viza və sərhədə giriş icazəsi verilməyəcək”, - deyə o bildirib.

QAZİLER.AZ

Diaspora