Rostov şəhərini nəzarətə götürən, Rusiya rəhbərliyinə qarşı üsyan bayrağı qaldıran “Vaqner”ə məxsus hərbi karvan Voronejdə Rusiya helikopteri ilə vurulub.
Qaziler.az “ensohaber.com”a istinadla xəbər verir ki, iki tərəf arasında qarşıdurma Rostovdan Moskvaya doğru hərəkət edən “Vaqner” karvanının vurulması ilə başlayıb.
“Vaqner”in hərbi karvanı Voronejdən keçərkən magistral yolda vurulub.
“Reuters”in məlumatına görə, karvan Rusiyaya məxsus helikopter tərəfindən vurulub.
QAZİLER.AZ