Rusiya ordusunun Ukraynada döyüşən bir qrup hərbçisi Priqojinə müraciət edib - VİDEO

Rusiya ordusunun Ukraynada döyüşən bir qrup hərbçisi Priqojinə müraciət edib -  VİDEO backend

Rusiyanın Ukraynada vuruşan bir qrup hərbçisi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə öz dəstəyini bildirib.

Oxu.Az-ın məlumatına görə, bununla əlaqədar onlar sosial şəbəkədə müraciət ünvanlayıblar.

“Siz nə edirsinizsə, biz tam dəstəkləyirik. Nəsə lazım olsa, səs edin, istənilən vaxt arxa cəbhə siçovullarını məhv etməyə gələrik”, - deyə onlar bildiriblər.

Qeyd edək ki, videomüraciət edənlər Rusiya Müdafiə Nazirliyinin hücum qrupudur.

Bundan əvvəl Voronejdə 180 nəfər rusiyalı hərbçi silahı yerə qoyub.

Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.

Artıq ÖHŞ-nin qoşunları Rostovu ələ keçirib, sonra Voronej vilayətinə daxil olublar. Son məlumatlara görə, zirehli texnika Moskvaya doğru irəliləyir.

Diaspora