Rospotrebnadzorun rəhbəri Anna Popova bölgələrə taun xəstəliyinin qarşısını almaq üçün tədbirlərə hazır olmağı tövsiyə edib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə idarənin “Telegram” kanalı məlumat yayıb.
İdarə bəyanatında icra hakimiyyətlərini və tibb müəssisələrini “taun xəstəliyinin yaranması və yayılmasının qarşısının alınmasına” yönəlmiş tədbirlər görməyə çağırıb.
Bəyanatda həmçinin, Rospotrebnadzorun taunla mübarizə müəssisələrinin direktorlarına vəziyyətin gərginləşdiyi və vəba ilə bağlı laboratoriya müayinələrinin operativ aparılması üçün xüsusi epidemiya əleyhinə qrupların hazır olmasını təmin etmək tapşırılıb.
QAZİLER.AZ