Sosial şəbəkələrdə Fransanın birinci xanımı Brijit Makronun rəqsini əks etdirən video yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “komsomolskaya pravda” məlumat dərc edib.
Görüntülərdə “Black Eyed Peas” qrupunun “I gotta feeling” mahnısı Fransa prezidenti Emmanuel Makronun 70 yaşındakı həyat yoldaşının sümüyünə düşüb. O da özünü saxlaya bilməyərək rəqs edib.
Fransa dövlətinin başçısı da Brijitin yanında olub, amma özünü təmkinli aparıb və rəqslərdə iştirak etməyib. Rəqs Yelisey sarayında təşkil olunan musiqi festivalının şərəfinə keçirilən gecədə ifa olunub.
QAZİLER.AZ