Çinin Baş naziri Aİ-yə səsləndi: Çinin inkişafı risk deyil, fürsətdir!

Çinin Baş naziri Aİ-yə səsləndi:  Çinin inkişafı risk deyil, fürsətdir! backend

“Çinin inkişafı Avropa və dünyaya risklər deyil, imkanlar təklif edir”.

Qaziler.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bunu Çinin Baş naziri Li Çianq Parisdə Avropa Şurasının sədri Şarl Mişel ilə görüşündə bildirib. Baş nazir Li Fransada keçirilən "Yeni Qlobal Maliyyə Paktı Sammiti" çərçivəsində Mişel ilə görüşüb.

Görüş zamanı Çin və AB arasında heç bir əsaslı maraqların toqquşmadığını qeyd edən Li, bir tərəfin inkişafının digər tərəfin xeyrinə olduğunu qeyd edib:

"Çinin inkişafı dünyaya risk deyil, imkanlar təqdim edir, qlobal sənaye və təchizat zəncirlərinə şok deyil, sabitlik gətirir”.

Çinin inkişafının AB və dünya üçün faydalı olduğuna diqqət çəkən Mişel, Aİ-nin Çinin inkişafını boğmaq məqsədi daşımadığını və "yeni soyuq müharibə"yə qarşı olduğunu bildirib.

Görüş zamanı tərəflər Ukrayna böhranı ilə bağlı da fikir mübadiləsi aparıblar.

QAZİLER.AZ

Diaspora