ABŞ-də 2 yaşlı uşaq hamilə anasını silahla vurub

ABŞ-də 2 yaşlı uşaq hamilə anasını silahla vurub backend

ABŞ-nin Ohayo ştatında iki yaşlı uşaq 33 həftəlik hamilə anasını güllələyib.

Qaziler.az “İndependent”ə istinadla xəbər verir ki, Norvalk Polis İdarəsi hadisənin iyunun 16-da baş verdiyini bildirib. Laura İlgin silahla vurulduqdan sonra polisə müraciət etdiyi açıqlanıb.

"İlg 33 həftəlik hamilə olduğunu və iki yaşındakı uşağı tərəfindən təsadüfən güllə ilə kürəyindən vurulduğunu söyləyib”, - Polis rəisi Devid Smit deyib.

Tezliklə hadisə yerinə gələn səlahiyyətlilər 31 yaşlı qadını xəstəxanaya çatdırıblar. Qeysəriyyə əməliyyatı edilsə də, nə ananın bətnində olan körpəni, nə də İlgi xilas etmək mümkün olmayıb.

Polislər evə girəndə İlgin huşunun özündə olduğunu bildiriblər. Bədbəxt qadın polislərə deyib ki, paltar yuyan zaman oğlu çox vaxt qapısı bağlı olan yataq otağına girib və silahla oynamağa başlayıb.

Hadisə zamanı işdə olan İlgin həyat yoldaşı Alek İlg silahların ona məxsus olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora