Avropada ən çox avtomobil satılan ölkələr açıqlanıb

Avropada ən çox avtomobil satılan ölkələr açıqlanıb backend

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) may ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını dərc edib.

Birliyə üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 4 milyon 393 min 951-ə çatıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarını araşdıran “EBS Consulting” may ayında Avropa Birliyi ölkələrini əhatə edən araşdırmanın nəticələrini paylaşıb.

Qaziler.az Avropada ən çox avtomobil satılan 10 ölkəni təqdim edir:

Almaniya - 1,116,731 - 10,19%

Böyük Britaniya - 772 454 - 16,84%

İtaliya - 702,263 - 26,05%

Fransa - 698 929 - 16,32%

İspaniya - 404,337 - 26,95%

Türkiyə - 340,037 - 58,79%

Belçika - 212 715 - 32,47%

Polşa - 197 091 - 14,04%

Hollandiya - 161 229 - 30,36%

İsveç - 112 380 -4,84%

 

QAZİLER.AZ

Diaspora