“Titanik”in qalıqlarını görmək üçün Atlantik okeanına yola çıxan, içində 5 nəfərin olduğu “Titan” adlı sualtı gəminin yoxa çıxmasından sonra “İron Lung” oyununa maraq artıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, faciəvi hadisə oyunun satışlarında böyük yüksəlişə səbəb olub.
Asılılıq yaratmayan qorxulu oyun “Iron Lung”u hazırlayan David Szymanski iyunun 19-dan sonra oyununun satışlarında böyük partlayış olduğunu açıqlayıb.
“Iron Lung” oyununda oyunçular kiçik bir sualtı qayığı idarə edərək sağ qalmaq üçün mübarizə aparırlar.
Szymanski son günlər populyarlığı bir neçə dəfə artan oyunun statistikasını göstərən skrinşotunu şəxsi sosial media hesabında paylaşıb. Tərtibatçı bildirib ki, heç kim bu şəkildə ölməyə layiq deyil.
QAZİLER.AZ