1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarına gedən "Titan" sualtı qayığında olan 5 nəfər dağıdıcı partlayış nəticəsində həlak olub.
İllər əvvəl batan və qalıqları ilə haqqında danışılan gəmidə həlak olanların yaxınları gələcək nəsillərə çağırış edib.
“Titanik”də həlak olan sərnişinlərin və ekipaj üzvlərinin yaxınları bildiriblər ki, "Titanik" fəlakətindən sonra qalıqlar rahat buraxılmalıdır.
Anna Roberts deyib: "Titanik turistik məkana çevrildiyinə görə təəssüflənirəm. Bu, qəbiristanlıqdır. Oranı hüzur və hörmətlə rahat buraxmaq lazımdır”
Digər “Titanik” qurbanının qohumu dalğıcları ordakı ruhları əbədi rahat buraxmağa çağırıb: "Hörmət etməliyik, insanların həyatını itirdiyi yerlər tamaşa üçün deyil”.
Əmiləri “Titanik”də ölən John Locascio “CNN Internationa”la danışıb:
Mən bunu məzarın içinə baxmağa bənzədirəm. Demək istədiyim odur ki, insanlar orada çox faciəvi şəkildə ölüblər. Niyə buranı insanların gedib görməsi üçün yer etmisiniz? Bunu etmək məcburiyyətindəsən? Buraxın ölən insanlar rahat yatsın!”.
QAZİLER.AZ