MİT-in Suriyadakı əməliyyatında qırmızı bülletenlə axtarılan terrorçu zərərsizləşdirildi

MİT-in Suriyadakı əməliyyatında qırmızı bülletenlə axtarılan terrorçu zərərsizləşdirildi backend

MİT Suriyanın şimalında, Kamışlıda İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən PKK/KCK-nın sözdə icra məclisi üzvü Əbdürrəhman Çadırcını zərərsizləşdirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, terror təşkilatı PKK/KCK-nın qondarma icra şurasında olan və "məsul" bir yerdə fəaliyyət göstərdiyi üçün “Əsəd Faraşin” və “Əsəd Avropa” kod adlarından istifadə edən terrorçu Əbdürrəhman Çadırcı  Avropa səviyyəsində MİT tərəfindən hədəf olaraq siyahıya alınmışdı.

Axtarışda olan terrorçular siyahısında qırmızı kateqoriyada olan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan Çadırcının Suriyada olduğunu öyrənən MİT bu ölkənin şimalındakı Kamışlı şəhərində araşdırma aparıb. Terrorçu MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

O, təşkilatın "baş menecer"i kimi fəaliyyət göstərib

Qurulduğu gündən terror təşkilatının tərkibində olan Çadırcının 1997-1999-cu illərdə Avropada, 2000-ci ildə isə İraqın şimalında Qəndildə fəaliyyət göstərdiyi müəyyən edilib.

2001-ci ildən qırmızı bülletenlə İnterpol tərəfindən axtarılan Çadırcının təşkilatın İraqın şimalında və Avropadakı fəaliyyətlərində iştirak etdiyi müəyyən edilib. Qeyd olunub ki, 2008-2010-cu illərdə PKK/KCK-nın qondarma Moskva məmuru vəzifəsində çalışmış Çadırcı 2018-ci ildən PKK/KCK-nın qondarma icra şurasındadır.

QAZİLER.AZ

Diaspora