"Baykar" Ukraynada "Bayraktar TB2" və "Akıncı" istehsalı üçün Türkiyədən lisenziya alıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Türkiyənin Akit nəşrinə istinadən xəbər verir.
“Bayraktar TB2 və Akıncı pilotsuz uçan aparatlarının Ukraynada tam istehsalı üçün Türkiyədən müvafiq lisenziya icazələrini almışıq”, - deyə “Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib.
Ukraynadakı zavodun 2025-ci ildə açılacağı gözlənilir. Planlaşdırılan investisiyaların həcmi 95,5 milyon dollardır.
"Hazırlıq işlərinin əsas hissəsi artıq aparılır və zavodun iyulda elektrikləşdirilməsi gözlənilir", - baş direktor əlavə edib.
QAZİLER.AZ