Hindistanın baş naziri Modini qəbul edən Baydenin davranışları yenidən dünyanın gündəminə düşüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modini Ağ Evdə rəsmi mərasimlə qəbul edib.
Modi Baydenlə görüşündə iki ölkə arasındakı əlaqələri müzakirə edib.
Hindistanın baş naziri daha sonra Konqres üzvləri qarşısında çıxış edib.
Proqram çərçivəsində Modinin şərəfinə şam yeməyi verən Bayden növbəti dəfə maraqlı hərəkətlər edib.
Modi ilə səhnədə dayanan Bayden tamaşaçılara "Nuş olsun!" dedikdən sonra "Biz haradayıq?" soruşub.
Başqa bir görüntüdə isə ABŞ prezidentinin ötən günlərdə yıxıldığı anları xatırladaraq “Düşmə” deyə səsləndiyi görünür.
80 yaşlı Co Bayden Narendra Modi ilə birlikdə tədbirin keçirildiyi məkanın girişində bir müddət dayanıb. Xidmətçi Baydenin zala getməli olduğuna işarə edib.
Bu arada Hindistanın baş naziri Modi səfəri zamanı texnologiya, kosmos, müdafiə və enerji sahələrində əməkdaşlıq müqavilələr imzalayıb.
QAZİLER.AZ