Bayden Modi ilə görüşdə ABŞ himni ilə Hindistan himnini səhv saldı - VİDEO

Bayden Modi ilə görüşdə ABŞ himni ilə Hindistan himnini səhv saldı - VİDEO backend

ABŞ prezidenti Co Bayden Hindistan himni səsləndirilərkən səhvən əlini ürəyinin üzərinə qoyub.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden iyunun 22-də Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə görüşündə Amerika himni ilə Hindistan himnini səhv salıb.

Dövlət başçısı Hindistanın himni səsləndikdən sonra əlini ürəyinin üzərinə qoyub və 15 saniyə bu vəziyyətdə dayanıb. Bundan sonra yəqin ki, səhvini anlayıb və yavaş-yavaş əlini endirib.

“New York Post” qəzetinin oxucuları dövlət başçısının bu davranışını qəribə və təhqiredici hesab ediblər.

"Əgər Bayden Hindistanın dövlət himnini salamlayacaqsa, Allaha and olsun ki, Modi onu özü ilə evə apara bilər" deyə bir istifadəçi bildirib.

Başqa bir oxucu isə ABŞ prezidentinin mütəmadi olaraq beynəlxalq müstəvidə özünü biabır etməklə xalqını gülüş obyektinə çevirməsi fikrini dilə gətirib.

QAZİLER.AZ

 

Diaspora