Bu, ABŞ və Çin arasında münasibətlərin normallaşmasına mane olmur - Bayden

Bu, ABŞ və Çin arasında münasibətlərin normallaşmasına mane olmur -  Bayden backend

Bayden bildirib ki, onun Si Cinpin haqqında sözləri ABŞ və Çin arasında münasibətlərin normallaşmasına mane olmur.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden hesab edir ki, onun Çin prezidenti Si Cinpin haqqında söylədiyi fikirlər iki ölkə arasında münasibətlərin normallaşdırılması cəhdlərinə xələl gətirmir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpini diktator adlandırmışdı.

Bu barədə o, ilin əvvəlində Çinə məxsus hava şarının vurulması barədə danışarkən bildirmişdi.

Bayden Si Cinpinin hava şarı insidentindən narazı qaldığını demişdi:

"Si Cinpinin çox bədbəxt olmasının səbəbi onun bu şardan xəbəri olmaması idi. Diktatorlar nə baş verdiyini bilmədiyi zaman həqiqətən bundan xoşları gəlmir".

QAZİLER,AZ

 

Diaspora