Türkiyənin məşhur tətil bölgələrindən olan Muğla vilayətinin Bodrum rayonuna güclü leysan yağıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, yanğından sonra güclü sel gəlib, küçələr, evlər, iş yerləri və avtomobillər su altında qalıb. Sel avtomobilləri sürüyüb, onlarla insanın həyatına təhlükə yaranıb.
Təxminən 3 saat davam edən yağışlar nəticəsində insan itkisi olmasa da, evlərə, iş yerlərinə, avtomobillərə və hotellərə ciddi ziyan dəyib.Bildirilir ki, sonuncu dəfə Bodrumda belə güclü yağıntı 1988-ci ildə qeydə alınıb.