Latviyada seçki kampaniyasının rus dilində aparılması qadağan edilib

Latviyada seçki kampaniyasının rus dilində aparılması qadağan edilib backend

Latviya Seymi "Seçki təşviqatı haqqında" qanuna rus dilində seçkiqabağı təşviqat aparılmasının qadağan edilməsini nəzərdə tutan düzəlişləri qəbul edib.

Bu barədə Qaziler.az Delfi-yə istinadən xəbər verir.

Verilən xəbərə görə, dəyişikliklərin lehinə 53 deputat, əleyhinə 10 deputat səs verib, 23 deputat bitərəf qalıb.

Dəyişikliklərdə göstərilir ki, dövlət dili elektron kütləvi informasiya vasitələrinin televiziya proqramlarında və radio verilişlərində, açıq və qapalı ictimai yerlərdə, dövri nəşrlərdə, bülletenlərdə, kitablarda və çap texnologiyaları ilə hazırlanan digər nəşrlərdə yerləşdirilən təbliğat materialları olmalıdır.

İnternetdə pullu siyasi reklamın mütləq latış dilində olması da gözlənilir.

QAZİLER.AZ

Diaspora