Serbiya müxalifəti Kosovo ilə bağlı hökumətə tələblər irəli sürüb

Serbiya müxalifəti Kosovo ilə bağlı hökumətə tələblər irəli sürüb backend

 Belqrad BMT Təhlükəsizlik Şurasının Kosovo ilə bağlı iclasını tələb etməlidir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Serb müxalifəti hökümətdən tələb edib.

Serbiyanın “Dveri” və “Zavetniki” partiyalarından olan parlament müxalifətinin nümayəndələri hökumətə Kosovo ilə bağlı tələblər irəli sürüblər. Bu barədə iyunun 22-də “İzvestiya”ya "Dveri"nin sədr müavini İvan Kostiç məlumat verib.

Parlamentarilər hakimiyyətin Kosovo və Metoxiya ilə bağlı siyasətini uğursuz adlandırıb və prezident Aleksandr Vuçiçə və ölkə hökumətinə bir sıra tələblər irəli sürüblər.

Belə ki, müxalifət digər məsələlərlə yanaşı, Kosovonun şimalında və Metoxiyada vəziyyətin gərginləşməsi mövzusunda Serbiya parlamentinin təcili növbədənkənar iclasının keçirilməsini tələb edir. Həmçinin, Belqrad BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etməlidir.

QAZİLER,AZ

 

Diaspora