Lukaşenko: "Belarusla banan respublikası kimi davranmayın"

Lukaşenko: "Belarusla banan respublikası kimi davranmayın" backend

Belarus prezidenti Aleksandr Lukaşenko investorları ölkəyə banan respublikası kimi yanaşmamağa çağırıb.

Qaziler.az “Lenta.ru”ya istinadla xəbər verir ki, onun sözlərini dövlət başçısının saytı sitat gətirib.

“Siz bura banan respublikası kimi deyil, adi yüksək texnologiyalı, yüksək inkişaf etmiş ölkə kimi gəlməlisiniz və ilk növbədə öz investorlarınızla işləmək lazımdır”, - o, Nazirlər Şurasının rəhbərliyi ilə görüşündə deyib.

O, investorların yerli işçilərə “qəpik” ödəməklə bütün qazancı xaricə aparması praktikasını tənqid edib. Lukaşenka bildirib ki, bura insanların bütün şirəsini sormağa, mümkün olan hər şeyi sıxıb çıxarmağa gəlmək olmaz.

QAZİLER.AZ

Diaspora