Atlantik okeanında itən sualtı gəmidə oksigen ehtiyatı tükənib.
Qaziler.az “Sky News”a istinadla xəbər verir ki, sahil mühafizəsinin hesablamalarına görə, bu, Bakı vaxtı ilə saat 15:08-də baş verməli idi. Mütəxəssislərin fikrincə, tənəffüs sürətinin və hərəkət sayının azalması ekipajın oksigenini uzatmağa kömək edə bilərdi.
“ABŞ Sahil Mühafizəsinin məlumatına görə, itkin düşmüş sualtı qayıqdakı oksigen ehtiyatı bir neçə dəqiqə əvvəl tükənib”, - xəbərdə deyilir.
QAZİLER.AZ