Zelenski: "Rusiya Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır"

Zelenski: "Rusiya Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır" backend

“Rusiya Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı törətməyi nəzərdən keçirir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya bunun üçün hər şeyi hazırlayıb və Ukrayna kəşfiyyatının bu barədə dəqiq məlumatı var.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə V.Zelenskiyə cavabında deyib ki, bu iddialar cəfəngdir.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bir neçə gün əvvəl söyləmişdi ki, Rusiya qoşunları Zaporojye AES-i vura bilər.

Xatırladaq ki, Rusiya ordusu 2022-ci ilin yazında Zaporojye AES-i işğal edib. Obyekt Rusiyanın “Rosatom” şirkəti tərəfindən idarə olunur.

Bəzi məlumatlara görə, ruslar Zaporojye AES-i minalayıblar.

Diaspora