Cənubi Kipr havadan müdafiə sistemləri alır

Cənubi Kipr havadan müdafiə sistemləri alır backend

Fransa istehsalı olan hava hücumundan müdafiə sistemi “Mistral” 4 ölkə tərəfindən alınacaq.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu ölkələrin siyahısına Cənubi Kipr Rum İdarəsi də əlavə edilib.

Paris hökuməti avropalı tərəfdaşlarına xaricdən məhsul almaq yerinə qitədə istehsal olunan məhsulları əldə etməyə çağırıb.

Fransa, Belçika, Estoniya və Macarıstan sözügedən ölkələr siyahısındadır. Onlar Aralıq dənizində mövqeyini gücləndirmək istəyən Kipr Administrasiyası ilə “Mistral”ın birgə alınmasına dair anlaşma imzalayıblar.

Fransa Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada birgə satınalma çərçivəsində təxminən 500 milyon avro dəyərində 1000 ədəd “Mistral” hava hücumundan müdafiə raketi sifariş edə biləcəyini bildirib.

QAZİLER.AZ

Diaspora