Hindistanın baş naziri Narendra Modi Vaşinqtona rəsmi səfər edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Modi Ağ Evdə ABŞ prezidenti Co Bayden tərəfindən qəbul edilib.
Görüşlə bağlı üç mənbə ölkələr arasında planlaşdırılan addımın təfərrüatlarını paylaşıb.
Məlumata görə Bayden administrasiyası Hindistan vətəndaşlarının ABŞ-da yaşayıb işləməsini asanlaşdıracaq. Bu, ixtisaslı hind işçilərinin ABŞ-a girişini və qalmasını asanlaşdırmaq məqsədi daşıyır.
ABŞ Dövlət Departamentinin H-1B vizalarına sahib olan hindistanlı və digər əcnəbi işçilərin xaricə getmədən ABŞ-da bu vizaları yeniləyə biləcəyini elan etməsi gözlənilir.
Qeyd edilib ki, ABŞ hökuməti hər il ixtisaslı xarici işçilər axtaran şirkətlərə 65.000 H-1B vizası və qabaqcıl işçilər üçün əlavə 20.000 viza verir.
QAZİLER.AZ