Kansler Ərdoğana çağırış etdi: "İsveçin yolunu aç"

Kansler Ərdoğana çağırış etdi: "İsveçin yolunu aç" backend

Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İsveçin NATO üzvlüyünə “yol açmağa” çağırıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə kansler Almaniya Bundestaqında çıxış edərkən deyib.

Şolts bildirib ki, Almaniya olaraq NATO-nun 2 faizlik xərcləmə hədəfinə “gələn ildən” çatacaqlar.

Almaniya kansleri NATO-nun növbəti Sammitində Ukraynanın döyüş gücünün artırılmasına diqqət yetirilməli olduğu da vurğulayıb.

QAZİLER.AZ

Diaspora