Britaniyanın “Skytrax” agentliyi dünyanın ən yaxşı aviaşirkətlərinin illik reytinqini dərc edib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, 2023-cü ildə aviadaşıyıcılar arasında liderin yeri dəyişib.
“Skytrax”ın məlumatına görə, nəticələr 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər davam edən onlayn müştəri sorğusundan əldə edilib. Sorğuda 100-dən çox millətin nümayəndəsi iştirak edib.
"Singapore Airlines” “World Airline Awards 2023” mükafatlandırma mərasimində dünyanın ən yaxşı aviaşirkəti kimi tanınıb. Bu, 23 illik mükafat tarixində beşinci dəfədir.
İkinci yeri “Qatar Airways”, üçüncü yeri “ANA All Nippon Airways”, dördüncü “Emirates”, beşinci isə “Japan Airlines” şirkəti tutub.
Bundan əlavə, “Türk Hava Yolları” “Avropanın ən yaxşı hava yolu şirkəti” adı da daxil olmaqla, dörd mükafat qazanaraq Avropada dominantlıq edib.
Dünyanın ən yaxşı 10 hava yolu şirkəti:
1. Sinqapur Hava Yolları (Sinqapurun milli aviaşirkəti);
2. Qatar Airways (Qətərin milli aviaşirkəti);
3. ANA All Nippon Airways (Yapon Hava Yolları);
4. Emirates (Dubayda yerləşən hava yolu şirkəti);
5. Japan Airlines (Yaponiyanın milli aviaşirkəti);
6. Türk Hava Yolları (Türkiyənin hava daşıyıcısı);
7. Air France (Fransa milli aviadaşıyıcısı);
8. Cathay Pacific (Honq Konqun flaqman aviaşirkəti);
9. EVA Air (Tayvan beynəlxalq aviaşirkəti);
10. Korean Air (Cənubi Koreyanın ən böyük aviaşirkəti).
QAZİLER.AZ