BƏƏ Prezidenti minə yaxın məhbusu əfv edib

BƏƏ Prezidenti minə yaxın məhbusu əfv edib backend

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı ərəfəsində minə yaxın insanı əfv edib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Prezident ölkənin islah və penitensiar müəssisələrindən 988 məhbusun azadlığa buraxılması barədə göstəriş verib.

Xatırladaq ki, Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.

Diaspora