Ancelina Coli Ukraynadakı müharibədən paylaşım etdi - FOTO

Ancelina Coli Ukraynadakı müharibədən paylaşım etdi - FOTO backend

Məşhur Hollivud aktrisası Ancelina Coli qaçqınlar haqqında danışıb və Rusiya Federasiyasının Ukraynada başlatdığı genişmiqyaslı müharibənin nəticələrini göstərib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Coli iyunun 20-də qeyd olunan Dünya Qaçqınlar Günü ilə əlaqədar təsirli sosial hesabında paylaşım edib.

O, dünyanı evlərini itirən və təcavüzdən qaçmağa məcbur olan qaçqınları unutmamağa çağırıb. Aktrisa müharibələrdən əziyyət çəkən ölkələrdən danışarkən, Ukraynadan da danışıb.

Paylaşımında Buçadan bir qızı göstərən aktrisa bunları qeyd edib: “Bu qəsəbə rus təcavüzündən əziyyət çəkib. İşğalçılar Buçada olarkən əsl vəhşiliklər törədir, insanları öldürür, zorlayır, böyüklərə və uşaqlara işgəncə verir, döyürdülər”.

QAZİLER.AZ

Diaspora