“Latviya Ukraynaya bütün döyüş helikopterlərini vermək niyyətindədir”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Baltik Respublikasının baş naziri Krisyanis Karins Britaniyanın “The Independent” nəşrinin “YouTube” kanalında yayımlanan Ukraynanın bərpası ilə bağlı konfransda bildirib.
Onun sözlərinə görə, hazırda döyüş maşınları Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi üçün hazırlanır.
“Bizim helikopter parkımız var. Onları Ukraynaya göndərəcəyik, onlardan istifadə etmək olar, onlar yaxşı vəziyyətdədirlər”, - deyə Karins bildirib.
QAZİLER.AZ