Rusiyanın nəqliyyat naziri Vitali Savelyev prezident Vladimir Putinlə görüşü zamanı “KamAZ” yük maşınlarını “Kayen”lərlə səhv salıb.
Qaziler.az bu barədə “Rossiya 24”ə istinadla xəbər verir. Məmurun pilotsuz yük maşınının sınaqdan keçirilməsi ilə bağlı müzakirələr zamanı dili çaşıb.
Qeyd olunur ki, Putin nazirdən “ “KamAZ”lar gəlib?” soruşub. O, cavabında yenə səhvə yol verib:
İlk gün iki “Kayen”... üç KamAZ normal gəldi. İndi bir “KamAZ” işləyir”, - Savelyev bildirib.
QAZİLER.AZ