Avstraliyalıların 75 faizi Çini ölkələri üçün təhlükəli görür

Avstraliyalıların 75 faizi Çini ölkələri üçün təhlükəli görür backend

Keçirilən yeni sorğuya görə, avstraliyalıların 75 faizi Çinin yaxın 20 ildə Avstraliya üçün hərbi təhlükə olacağını düşünür.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Avstraliyadakı “Lowy” İnstitutu martda 2077, apreldə isə 4469 avstraliyalı ilə beynəlxalq əlaqələrə dair geniş sorğu keçirib.

Sorğunun nəticələri göstərib ki, avstraliyalıların 44 faizi Çini iqtisadi tərəfdaş, 52 faizi isə Pekini təhlükəsizliyə təhdid kimi görür.

Hər 10 avstraliyalıdan 6-sı ABŞ və Çin arasında Tayvan üzərində hərbi qarşıdurma ehtimalını görür ki, bu da 2020-ci illə müqayisədə sorğuda iki dəfə çoxdur.

Bundan əlavə, respondentlərin 82 faizinin ABŞ ilə müttəfiqliyi çox vacib hesab etdiyi, 2022-ci ildəki 87 faizlə müqayisədə bunun azaldığı məlum olub.

Sorğunun digər mühüm nəticəsi o olub ki, avstraliyalıların 74 faizi ABŞ-la ittifaqın Kanberranı Asiyada müharibəyə sürükləyəcəyini düşünür.

QAZİLER.AZ

Diaspora